Bakı. Trend:
Böyük Britaniyada “Floris” qasırğasının fəsadları qalmaqdadır.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, qasırğadan sonra 50 min evin enerji təchizatı bərpa edilib. Şotlandiyada 22 min ev isə hələ də işıqsızdır. Ölkənin dəmir yolu nəqliyyatında da fasilələr yaranıb.
Qasırğadan ən çox Şotlandiyanın Highland, Moray və Aberdinşir bölgələri zərər çəkib.