...

Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduqlarını bəyan ediblər

Dünya xəbərləri Materials 13 Avqust 2025 12:19 (UTC +04:00)
Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduqlarını bəyan ediblər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa “üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İran tərəfindən ABŞ və beynəlxalq dairələrlə nüvə məsələsi üzrə müzakirələr yenidən başlanmadığı halda İrana qarşı sanksiyalara bərpa etməyə hazır olduqlarını bəyan ediblər.

Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verib.

Avropa üçlüyü xarici işlər nazirləri 12 avqustda BMT baş katibi Antonio Quterreşə məktub ünvanlayıblar.

“Tam şəffaf şəkildə bildiririk ki, İran avqust sonunadək diplomatik yolu qəbul etməzsə və yaxud yaradılan vaxt imkanından istifadə etməzsə, Avropa üçlüyü “Snapback” mexanizmini aktivləşdirməyə hazırdır”, - məktubda qeyd olunur.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti