...

Braziliya Trampın rüsumlarına cavab olaraq BRICS ölkərinin görüşünü elan edib

Dünya xəbərləri Materials 14 Avqust 2025 08:01 (UTC +04:00)
Braziliya Trampın rüsumlarına cavab olaraq BRICS ölkərinin görüşünü elan edib

Bakı. Trend:

Braziliya ABŞ-nin bir neçə BRICS ölkəsinə tətbiq etdiyi rüsumlar fonunda iqtisadi əlaqələri gücləndirmək üçün tədbirləri müzakirə etmək üçün BRICS liderlərinin onlayn görüşünə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə Braziliya prezidenti Luis İnasio Lula da Silva deyib.

"Biz BRICS çərçivəsində [ABŞ-nin tətbiq etdiyi rüsumlardan] zərər çəkən bütün ölkələrdə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün nə edə biləcəyimizi müzakirə etməliyik", - deyə o bildirib.

O, artıq Rusiya, Hindistan və Çin rəhbərliyi ilə vəziyyəti müzakirə etdiyini və tezliklə CAR prezidenti ilə telefon danışığı aparacağını qeyd edib.

Onun sözlərinə görə, danışıqların məqsədi iqtisadi inkişafın alternativ yollarını tapmaq və beynəlxalq ticarətdə “demokratiya, qarşılıqlı hörmət və çoxtərəfli yanaşma”nın zəruriliyini nümayiş etdirmək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti