Bakı. Trend:
Türkiyənin Qaziantep şəhərində içində sərnişinlər olan və hərəkətdə olan tramvayı ildırım vurub.
Trend bu barədə türk KİV-ə istinadla xəbər verir.
Məlumata görə, insident Pəncərli rayonunda leysan yağış yağarkən baş verib.
Sərnişinlər dərhal təxliyə olunublar. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Zədələnmiş tramvay xəttdən çıxarılana qədər həmin marşrutda tramvayların hərəkəti dayandırılıb.
Şəhər meri Fatma Şahin öz sosial şəbəkə hesabında bildirib ki, tramvayın ildırımdan müdafiə sistemi ilə təchiz olunması sayəsində nə sərnişinlərə nə dəfə nəqliyyat vasitəsinə ciddi ziyan dəyməyib.
