...

İsrailin “Eurovision” mahnı müsabiqəsindəki aqibəti müzakirəyə çıxarılacaq

Dünya xəbərləri Materials 4 Dekabr 2025 12:39 (UTC +04:00)
İsrailin “Eurovision” mahnı müsabiqəsindəki aqibəti müzakirəyə çıxarılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin “Eurovision” Mahnı Müsabiqəsindəki gələcək aqibəti Cenevrədə iki gün davam edəcək iclasda (4-5 dekabr) müzakirə olunacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Times of Israel” nəşrinin yazdığına görə, Qəzzada keçirilmiş hərbi əməliyyata görə, bəzi ölkələrdə İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edir.

Son aylarda İslandiya, İrlandiya, İspaniya və Niderland kimi ölkələr 2026-cı il müsabiqəsində İsrail iştirak edəcəyi halda yarışdan çıxacaqları barədə xəbərdarlıq ediblər.

Belçika, Finlandiya və İsveç də daxil olmaqla digər ölkələr Qəzzadakı vəziyyəti ilə əlaqədar boykotu nəzərdən keçirdiklərini bildirib.

Mahnı müsabiqəsinə ev sahibliyi edən Avstriya isə əksinə İsrailə güclü dəstək ifadə edib və onun “Eurovision” da qalmasını istəyir.

Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqı (EBU) məsələni hələ noyabr ayında üzvlərin səsverməsinə çıxarmağı planlaşdırırdı. Lakin İsrail və HƏMAS arasında Qəzzada 10 oktyabrda elan olunan atəşkəs razılaşmasından bir neçə gün sonra EBU müzakirələrin dekabrın 4-5-ə qədər ertələnməsinə qərar verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti