...

Yəmən hökumət qüvvələri Hadramautdakı düşərgədən separatçıları çıxarıb

Dünya xəbərləri Materials 2 Yanvar 2026 19:27 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin "Vətən Qalxanı" hökumət qüvvələrinin birləşmələri qərbi Hadramaut vilayətindəki Əl-Haşaa bölgəsində əsas dayaq nöqtəsi olan 37-ci Briqada düşərgəsini geri alıb və Cənubi Keçid Şurasından separatçı birləşmələri çıxarıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru və əməliyyat komandiri Salem əl-Xanbaşi bildirib.

"Əl-Həşadakı 37-ci Briqada düşərgəsi üzərində nəzarəti ələ keçirdik", - deyə o qeyd edib.

Əl-Xanbaşi əlavə edib ki, hökumət qüvvələri "müqavimət ocaqları" ilə qarşılaşıb, lakin onları yatırmağı bacarıb və Seiyun şəhərinə doğru irəliləyir.

"Biz [Cənub] Keçid Şurasının tərkibindəki qüvvələri qan tökülməsinin qarşısını almaq üçün mövqelərindən geri çəkilməyə çağırırıq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti