Bakı. Trend:
2025-ci ildə Koreya Respublikası tarixində ən böyük ixracat qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2025-ci ildə ölkədən 700 milyard dollarlıq mal və xidmət ixrac edilib. Bu da rəsmi statistikanın aparılmağa başladığı 1948-ci ildən indiyədək ən yüksək göstəricidir.
Ölkə hesabat dövründə avtomobil ixracında da rekord göstərici əldə edib. Ötən il Asiyanın dördüncü ölkəsi 72 milyard dollarlıq avtomobil ixrac edib.