Bakı. Trend:
BMT üzvü kimi Təhlükəsizlik Şurasını çağırmaq üçün addım atacağıq.
Trend xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Gustavo Petro "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Kolumbiya Prezidenti bildirib ki, bu gün müzakirələrdən sonra Kolumbiya-Venesuela sərhədinə təhlükəsizlik qüvvələri yerləşdirilib, mümkün kütləvi qaçqın axınına qarşı bütün humanitar yardım resursları səfərbər olunub.
Kolumbiyanın Venesueladakı səfirliyi vətəndaşların müraciətlərini qəbul etmək üçün aktiv rejimə keçib. Prezident həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Kolumbiya bu məsələ ilə bağlı Şuranın toplantısını çağırmaq təşəbbüsü göstərəcək.
Qeyd edək ki, Gustavo Petro "X" paylaşımında Venesuelada bombalanmış ərazilərin siyahısını da təqdim edib. Lakin məlumat Venesuela höküməti tərəfindən hələ ki, təsdiqlənməyib.
