Bakı. Trend:
İspaniya Venesueladakı vəziyyətlə bağlı gərginliyi azaltmağa, beynəlxalq hüquq normalarına hörmət etməyə çağırış edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyənatda böhranın dinc yolla həllinə vasitəçilik təklifi də yer alıb.
"İspaniya XİN Venesuelada gərginliyin azaldılmasına, mülayimliyə və beynəlxalq hüquqa hörmətə çağırır. Rəsmi Madrid həmçinin, siyasi böhranın dinc danışıqlar yolu ilə həllinə vasitəçilik etməyə hazır olduğunu bildirir", - bəyənatda qeyd edilib.
