...

ABŞ baş prokuroru Maduro və həyat yoldaşına qarşı ittihamlar irəli sürüb

Dünya xəbərləri Materials 3 Yanvar 2026 16:47 (UTC +04:00)
ABŞ baş prokuroru Maduro və həyat yoldaşına qarşı ittihamlar irəli sürüb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Maduro və həyat yoldaşı Nyu Yorkda ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ baş prokuroru Pam Bondi "X" sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, devrilmiş Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Silia Flores Nyu Yorkda irəli sürülmüş ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaqlar:

"Nikolas Maduro narkoterrorizm, kokain qaçaqmalçılığı, avtomatik silah və partlayıcı qurğuların saxlanması və ABŞ-a qarşı avtomatik silah və partlayıcı qurğuların saxlanması ilə bağlı sui-qəsddə ittiham olunur".

Bondi vurğulayıb ki, bu cütlük tezliklə Amerika məhkəmələrində ABŞ-nin ədalətinin bütün sərtliyi ilə üzləşəcək.

O həmçinin, Donald Trampa və ABŞ ordusuna təşəkkürünü bildirib: "Bütün ABŞ Ədliyyə Nazirliyi adından Prezident Trampa Amerika xalqı adından hesabatlılıq tələb etmək cəsarətinə, eləcə də bu şübhəli beynəlxalq narkotik qaçaqmalçılarını tutmaq üçün inanılmaz və çox uğurlu əməliyyat keçirən cəsur hərbçilərimizə təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti