...

İsveç Ukraynaya qırıcıların verilməsi üçün şərtini açıqlayıb

Dünya xəbərləri Materials 7 Yanvar 2026 11:32 (UTC +04:00)
İsveç Ukraynaya qırıcıların verilməsi üçün şərtini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç Ukraynaya “Gripen” qırıcılarını yalnız Rusiya ilə sülh sazişinin əldə olunduğu təqdirdə verəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson “istəklilər koalisiyası”nın görüşünün yekunlarına dair “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Stokholmun "Gripen" qırıcıları vasitəsilə, eləcə də Qara dənizin minalardan təmizlənməsi üçün zəruri resurslar və Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin təlim-tədrisi vasitəsilə Ukraynada sülhün qorunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Lakin onun sözlərinə görə, tədarüklərin əsas şərti çoxmillətli qüvvələr üçün döyüş əməliyyatlarının aparılmasına dair aydın qaydaların təsbit edilməsi və İsveç parlamentinin rəsmi təsdiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti