...

Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşücək

Dünya xəbərləri Materials 8 Yanvar 2026 05:56 (UTC +04:00)
Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşücək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petro ilə telefon danışığı apardığını və tezliklə Ağ Evdə onunla görüşmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf olub. O, narkotik maddələr və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng edib. Onun zəngini və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onu görməyi səbirsizliklə gözləyirəm", - deyə o bildirib.

ABŞ prezidenti qeyd edib ki, görüş Vaşinqtonda, Ağ Evdə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti