...

Yunanıstanda şirniyyat fabrikində partlayış – 4 nəfər öldü

Dünya xəbərləri Materials 26 Yanvar 2026 13:04 (UTC +04:00)
Yunanıstanda şirniyyat fabrikində partlayış – 4 nəfər öldü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın Trikala şəhərində “Violanta” peçenye fabrikində baş verən partlayış və yanğın nəticəsində dörd nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fabrikdə partlayış yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə 06:00) baş verib, bundan sonra güclü yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və polis idarəsinin cinayətlərlə mübarizə üzrə ekspertləri cəlb olunub.

Fövqəladə hadisə zamanı, sobaları sutka ərzində fasiləsiz işləyən fabrikdə 12–13 nəfər olub.

Yerli vaxtla saat 09:00-dan sonra yanğınsöndürənlər itkin düşmüş hesab edilən beş qadından üçünün cəsədini aşkar ediblər, daha sonra dördüncü həlak olan şəxsin cəsədi də tapılıb. Bir qadın isə hələ də itkin düşmüş sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti