...

Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

Dünya xəbərləri Materials 26 Yanvar 2026 23:32 (UTC +04:00)
Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, müvafiq fərman V.Zelenskinin saytında yayımlanıb.

"20 mart 1992-ci ildə Kiyev şəhərində bağlanmış MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında sazişdən çıxmaq", - deyə sənəddə bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyinə bu qərarın razılığı barədə depozitarı məlumatlandırmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti