Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Kyodo” agentliyinin Yaponiya hökumətindən olan mənbələrinə istinadən verdiyi məlumata əsasən, raketlər ölkənin Yapon dənizində yerləşən xüsusi iqtisadi zonasının hüdudlarından kənara düşüb.
Bundan əvvəl Yaponiyanın Sahil Mühafizəsi KXDR tərəfindən raket buraxılışları barədə məlumat verərək, regionda olan gəmilərə raket qalıqları aşkar edildiyi halda onlara yaxınlaşmamağı və dərhal aidiyyəti qurumlarla əlaqə saxlamağı tövsiyə edib.
Öz növbəsində, Koreya Respublikasının Silahlı Qüvvələrinin komandanlığı Cənubi Koreyanın yerli mətbuata KXDR-in raket buraxması barədə məlumatları təsdiqləyib.
