...

Bu ölkə cinayət məsuliyyəti yaşını 13-ə endirməyi planlaşdırır

Dünya xəbərləri Materials 27 Yanvar 2026 17:03 (UTC +04:00)
Bu ölkə cinayət məsuliyyəti yaşını 13-ə endirməyi planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç ağır cinayətlər üzrə cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirməyi planlaşdırır. Bu addım son zamanlar ölkədə quldur dəstələr tərəfindən cəlb olunan uşaqların sayının artması fonunda müzakirə olunur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

Ədliyyə naziri Gunnar Strömmer bildirib ki, ölkə “fövqəladə vəziyyət”lə üz-üzədir və uşaqların cinayət şəbəkələrində istifadəsinin qarşısının alınması hökumət üçün vacib məsələdir.

Strömmer vurğulayıb ki, təklif “cinayət məsuliyyəti yaşının ümumi şəkildə azaldılması” demək deyil və yalnız “ən ağır cinayətlərə” – adamöldürmə, adamöldürməyə cəhd, partlayış cinayətləri, odlu silahdan istifadə ilə bağlı ağır cinayətləri və zorlama hallarına şamil olunacaq.

Lakin İsveçin bir sıra qurumları plana qarşı çıxır. Onlar narahatdır ki, bu dəyişiklik nəticəsində daha da kiçik yaş qrupundan olan şəxslər cinayət törədənlər sırasına qoşula bilər.

Qanun qəbul edilərsə, dəyişikliklər bu ilin yay aylarından etibarən qüvvəyə minə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti