Bakı. Trend:
İran ABŞ ilə danışıqların formatını ikitərəfli formata dəyişmək və yerini Türkiyədən Omana köçürmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.
"İranlılar danışıqları İstanbuldan Omana keçirmək istəyirlər. Onlar indi danışıqların bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirakı əvəzinə, tək ABŞ-ın iştirakı ilə ikitərəfli şəkildə keçirilməsini istəyirlər", - deyə qeyd olunub.