Bakı. Trend:
Xios adası sahillərində motorlu qayığının Yunanıstan Sahil Mühafizəsinə məxsus gəmi ilə toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, itkin düşənlərin axtarışları isə davam edir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xilas edilən 25 nəfərdən 24-ü, o cümlədən 11 uşaq Türkiyə yaxınlığında yerləşən şərqi Egey adasında xəstəxanaya yerləşdirilib.
Onlardan biri sonradan dünyasını dəyişib. Sahil mühafizəsinin məlumatına görə, iki sahil mühafizəçisi də yüngül xəsarət alıb.
xxx
01:44
Hadisə zamanı motorlu qayıqda neçə nəfərin olduğu hələ dəqiq məlum.
Yunanıstan Sahil Mühafizəsinin Xios adası yaxınlığında qanunsuz miqrantları daşıyan qayığı saxlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 24 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Yunanıstanın "ERT-news" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Xios adasındakı Mirsinidio çimərliyi yaxınlığında sahil mühafizə gəmisi ilə qanunsuz miqrantları daşıyan sürət qayığı arasında insident baş verib. Son məlumatlara görə, 14 nəfər ölüb, 24 nəfər yaralanıb.
Sahil mühafizəsinin iki əməkdaşı, eləcə də yeddi uşaq və bir hamilə qadın da daxil olmaqla 22 yaralı miqrant xəstəxanaya aparılıb.
İtkin düşmüş şəxslərin olması barədə məlumatların olduğu üçün Sahil Mühafizəsi və Hərbi Hava Qüvvələrinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
