...

Türkiyədə birja manipulyasiyasına qarşı əməliyyat - çox sayda şəxs saxlanıldı

Dünya xəbərləri Materials 4 Fevral 2026 10:56 (UTC +04:00)
Türkiyədə birja manipulyasiyasına qarşı əməliyyat - çox sayda şəxs saxlanıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəda mərkəzi İstanbul olmaqla 8 vilayətdə İstanbul birjasında (Borsa İstanbul) qanunsuz manipulasiyalara qarşı respublik baş prokurorluğunun istintaqı çərçivəsində əməliyyat keçirilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstanbul Respublika Baş Prokurorluğunun bəyanatında qeyd olunub ki, Kapital Bazarları Şurasının (SPK) şikayəti əsasında aparılan araşdırma və təhlillər zamanı sosial media hesabları vasitəsilə EGEEN və JANTS səhmləri üzrə Kapital Bazarları Qanununun 107/2-ci maddəsində nəzərdə tutulan “məlumat əsaslı bazar fırıldaqçılığı” cinayətinin törədildiyi müəyyən edilib.

Bu çərçivədə, mütəşəkkil struktur daxilində hərəkət etdikləri qiymətləndirilən ümumilikdə 22 şübhəlinin saxlanılması üzrə İstanbul, Ankara, Antalya, Kocaeli, Konya, Batman, Ordu və Amasya vilayətlərində eyni vaxtda əməliyyatlar həyata keçirilib.

Baş Prokurorluğun açıqlamasında şübhəlilərin ünvanlarında axtarışların aparıldığı, rəqəmsal materialların götürüldüyü, habelə şübhəlilər tərəfindən cinayət yolu ilə əldə edildiyi ehtimal olunan əmlak dəyərləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti