Bakı. Trend:
İsrailin Kiryat Yam şəhərində avtomobilin partlaması nəticəsində ən azı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilir ki, partlayış 4 fevral axşamı baş verib. Hadisə yerinə gələn təcili yardım işçiləri tüstü çıxan avtomobil və yanında uzanmış üç nəfəri aşkar ediblər.
Hadisə nəticəsində bir kişi və bir yeniyetmə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər zərərçəkən daha sonra xəstəxanada ölüb.
Partlayışın səbəbi hələ məlum deyil.
