Bakı. Trend:
Egey dənizində Türkiyənin İzmir vilayətinin Urla rayonu sahillərində 28 qanunsuz miqrant saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, saxlanılan miqrantlardan 11-i uşaqdır. Əməliyyat zamanı insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən və qeyri-qanuni yollarla ölkədən çıxmağa cəhd göstərən şəxslər də yaxalanıb.
Qanunsuz miqrantlar müvafiq prosedurların həyata keçirilməsi üçün Miqrasiya İdarəsinə təhvil verilib.
