Bakı. Trend:
Ukrayna ilə sülh sazişi üzrə danışıqlar prosesində müsbət irəliləyiş var.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
O həmçinin əlavə edib ki, Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığın bərpası üzrə işlər müsbət məcrada irəliləyir.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələrin birinci raundu yanvarın 23-24-də Əbu-Dabidə keçirilib. İkinci raund isə fevralın 4-də start götürüb.
Rusiya nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Ukrayna münaqişəsinin nizamlanması üzrə müzakirələrdə iqtisadi aspektlər, ərazi məsələsi və atəşkəs mexanizmi məsələləri əhatə olunur.
