...

Rusiyada texnikumda atışma oldu - Ölü və yaralılar var

Dünya xəbərləri Materials 11 Fevral 2026 16:23 (UTC +04:00)
Rusiyada texnikumda atışma oldu - Ölü və yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Anapa şəhərində Sənaye Texnikumunun girişində atışma baş verib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, texnikumda təhsil alan tələbələrdən biri odlu silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev həlak olan şəxsin texnikumun mühafizəçisi olduğunu təsdiqləyib.

Bəzi mənbələr yaralı sayının 2 nəfər olduğunu yazır.

Hücumu həyata keçirən şəxs saxlanılıb. Onun 2008-ci il təvəllüdlü olduğu bildirilir. Silahlı hücumun motivləri hələ ki, aydınlaşdırılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti