Bakı. Trend:
Kanadanın Britaniya Kolumbiyası vilayətinin Tambler-Ridc şəhərində baş verən atışmada ölənlərin sayı, hücum edən də daxil olmaqla, on deyil, doqquz nəfər olub.
Trend-in məlumatına görə, bu barədə Regional Polis Komandirinin müavini Dueyn Makdonald bildirib.
"Dünən açıqlanan bəzi məlumatlara aydınlıq gətirmək və bu hadisə nəticəsində ümumilikdə doqquz nəfərin öldüyünü izah etmək istərdim", - deyə o, qurbanların ən azı altısının azyaşlı olduğunu əlavə etdi.
O qeyd edib ki, polis əməkdaşları məktəbdə iki ağır yaralı qız tapıblar və onlar təcili olaraq helikopterlə tibb müəssisəsinə aparılıblar. Onlardan birinin səhvən öldüyü bildirilsə də, o, sağ qalıb.