...

Qazaxıstan Çini qazla təmin edəcək

Dünya xəbərləri Materials 19 Aprel 2006 13:42 (UTC +04:00)

Trend agentliyinin Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktor müavini Marian Abişeva istinadən yaydığı məlumata əsasən, Qazaxıstan və Çin qaz nəqli varaintlarını nəzərdən keçirir.

"Çin tərəfi Qazaxıstan ərazisindən qaz tədarükü layihəsinə ciddi maraq göstərib və Qazaxıstan qazına tələbatı olduğunu bəyan edib" - deyə Abişev qeyd edib. Onun sözlərinə görə, Çinə qaz nəqlinin üç variantı hazırlanır.

Birinci variant hazırkı Buhara-Daşkənd-Almatı qaz magistralının Taldıkorqan və Alaşankouyadək genişləndirilməsi, ikinci - Rusiyadakı İşimdan Astana və oradan Karaqanda vasitəsilə Balxaş gölü və Çin sərhədindəki Alaşankouyadək yeni qaz kəmərinin çəkilməsidir. İkinci variantda həm Qazax, həm də Rusiya qazının nəqli mümkündür. Bundan əlavə, Çelkaradan Şımkəndə qədər yeni magistral kəmərin çəkilməsi də nəzərdən keçirilir ki, Şımkənddə həmin kəmər Buhara-Daşkənd-Almatı kəməri ilə birləşdiriləcək.

"Respublikanın qərb regionlarından qazın Çin istiqamətində nəqli layihəsi daha perspektivlidir. Özü də bu kəmərlə özbək, türkmən və Rusiya qazı nəql oluna bilər" - deyə Abişev vurğulayıb. Bu barədə "APN" agentliyi məlumat verir.

Xəbər lenti

Xəbər lenti