...

I rübdə LUKOYL-un neft və qaz hasilatı 10,5% artıb

Dünya xəbərləri Materials 24 Aprel 2006 16:13 (UTC +04:00)

2006-cı ilin I rübündə LUKOYLun apardığı hasilat işlərinin səviyyəsi rekord həddə çatıb.

Trend in verdiyi məlumata görə, bu barədə şirkət bazar günü məlumat yayıb.

Şirkətin hasil etdiyi neft və qaz sutkada 2,112 milyon barel neftə bərabər olub.

Neft hasilatı 4,5 faiz artaraq sutkada 1,872 milyon barelə, qaz hasilatı isə 97,8 faiz artaraq sutkada 240.000 barel neftə ekvivalentinə bərabər olub.

Qaz hasilatının həcmi əsasən, istismar işlərinə ötən ilin aprelində başlanılan Naxodkinsk yatağında artıb.

Rusiyada LUKOYLun neft hasilatı 1-ci rübdə 3,3 faiz, beynəlxalq layihələr üzrə isə 30,7 faiz artıb.

1-ci rüb ərzində şirkət öz neftayırma zavodunda 12,06 milyon ton neft əldə edib ki, bu da ötən ilin birinci rübünün göstəricisindən 13,6 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti