Türkmənistan prezidenti Saparmurat Niyazov 2006-2010-cu illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və narklotik və psixotrop maddələrdən asılı olan şəxslərə yardım üzrə Milli proqramı təsdiq edən sərəncam imzalayıb.
Trend in verdiyi məlumata görə, türkmən liderinin mətbuat xidmətinin məlumatında bildirilir ki, bu sənəd Türkmənistanın " Narkotik vasitələrə, psixotrop maddələrə, prekursorlara və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri barədə" müvafiq qanununa uyğun olaraq qəbul edilib və narkotiklərin qanunsuz dövriyyəsilə mübarizənin gücləndirilməsinə, narkomanlara xəbərdarlığa, narkotik və psixotrop maddələrdən asılı olan şəxslərin müalicəsinə yönəlib.
Sənədə müvafiq olaraq, nazirliklər, sahə və yerli idlarəetmə orqanları Milli proqramın vaxtında və hökmən yerinə yetirliməsinə borcludurlar.
Milli proqramda qeyd olunan tədbirlərin reallaşdırılmasına nəzarət Türkmənistanın Nazirlər Kabineti yanında Narkomaniya ilə mübarizə üzrə Dövlət Əlaqələndirmə Komissiyası tərəfindən həyata keçiriləcək. Bu barədə Turkmenistan.ru. məlumat verib.