...

Vladimir Putin: İran probleminin həlli MAQATE-dən asılıdır

Dünya xəbərləri Materials 27 Aprel 2006 18:50 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasında İranın nüvə problemi üzrə hansı qərarın qəbul olunacağını proqnozlaşdırmaqdan imtina edib.

"Beynəlxalq Atom Energetikası Agentliyi (MAQATG) İranın nüvə probleminin həllində əsas rol oynamaqda davam etməli və məsələni BMT TŞ-nın üzərinə atmamalıdır" - deyə V.Putin bildirib. O həmçinin qeyd edib ki, İranın nüvə probleminin diplomatik həlli yolları müxtəlif ola bilər.

"Bütün tərəfdaşlarla birgə işləyəcəyik" - deyə Rusiya prezidenti vurğulayıb. Bu barədə "İTAR-TASS" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti