...

İslamabadda İran-Pakistan-Hindistan qaz kəmərinin tikintisi müzakirə olunur

Dünya xəbərləri Materials 28 Aprel 2006 18:49 (UTC +04:00)

Aprelin 28-də İslamabadda İran-Pakistan-Hindistan qaz kəmərinin tikintisi layihəsi üzrə ikitərəfli İran-Pakistan danışıqlarının növbəti mərhələsi keçirilib. Trend in verdiyi məlumata görə, cümə günü səhər İranın neft nazirinin müavini Məhəmməd Hadi Nicat Hüseyninin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan paytaxtına gəlib.

İslamabada gələrkən İran İslam Respublikasının neft nazirinin müavini bildirib ki, 3 günlük səfər zamanı Pakistan tərəfi ilə tədarük edilən qazın qiymətlərinin formulu, qaz kəmərinin layihəsinin strukturu, ikitərəfli razılaşmanın yekun çərçivəsi, eləcə də dijər texniki aspektlər müzakirə ediləcək.

Məhəmməd Hadi Nicat Hüseyni bildirib ki, layihənin texniki aspektləri Pakistanın neft və təbii ehtiyatlar naziri Əhməd Vekari ilə görüşdə də müzakirə olunacaq.

Onun sözlərinə görə, 3 günlük səfər zamanı İran-Pakistan-Hindistan qəz kəməri lağyihəsi ilə bağlı olan bütün məsələlər tam həll olunacaq.

Xəbər lenti

Xəbər lenti