...

Qazaxıstanın cənubunda zəlzələ baş verib

Dünya xəbərləri Materials 1 May 2006 11:43 (UTC +04:00)

Mayın 1-də səhər Qazaxıstanın cənubunda zəlzələ baş verib. Zəlzələ nəticəsində həlak olan və xəsarət alanlar, o cümlədən dağıntılar haqqında məlumat daxil olmayıb. "Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, mayın 1-də saat 06:39-da Cənubi Qazaxıstan vilayəti ərazisində 11,4 enerji dərəcəsində zəlzələ baş verib", - deyə Qazaxıstan FHN-dən bildirilib.

Zəlzələnin episentri Alma-Atadan 600 km cənub-qərbdə yerləşib (42 dərəcə 14 dəqiqə şimal enliyi və 69 dərəcə 42 dəqiqə şərq uzunluğu). Çimkentdə 3-4 bal gücündə yeraltı təkanlar hiss olunub.

"Zəlzələ nəticəsində həlak olan və xəsarət alanlar, o cümlədən dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə nazirlikdən qeyd olunub. Bu barədə İnterfaks xəbər verir.

Xəbər lenti

Xəbər lenti