...

Brüsseldə "Cənubi Qafqazda sabitlik paktı"nın müzakirəsi başlanıb

Dünya xəbərləri Materials 12 May 2006 16:49 (UTC +04:00)

Rusiya KİV-nin məlumatına görə, mayın 12-də Brüsseldə "Cənubi Qafqazda sabitlik paktı"nın müzakirəsi başlanıb.

Trend in xəbər verdiyi kimi, müzakirələr zamanı rumıniyalı parlamentari Adrian Severin məruzə ilə çıxış edəcək və sabitliyin təmin olunması ilə bağlı əsas yanaşmaları təqdim edəcək. Müzakirələrdən sonra məruzə hazırlanacaq. Müzakirələri AŞPA Siyasi Komitəsi təşkil edəcək. Müzakirələrdə Ermənistandan başqa, Azərbaycan, Gürcüstan, AB, "Böyük səkkizlik" ölkələrinin nümayəndələri iştirak edir. Bu barədə Praym-nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti