...

İndoneziyada "İslam səkkizliyi"nin əsas müzakirə mövzusu İranın nüvə problemidir

Dünya xəbərləri Materials 13 May 2006 18:56 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçöhr Möttəki Avropa Birliyini İranın sülh məqsədləri üçün nüvə energetikasına olan hüququnu tanımağa çağırıb. "Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) bizim sülh atomuna olan hüququmuzu tanıdıqda, Tehran beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək" - deyə o, jurnalistlərə bildirib. M.Möttəki "İslam səkkizliyi"nin İndoneziyanın Bali adasında keçirilən zirvə görüşündə İranın nüvə problemi ətrafındakı müzakirələrdə iştirak edir.

Trend agentliyinin məlumatına əsasən, İran xalqı və hökuməti ölkənin sülh məqsədləri üçün nəzərdə tutulmuş nüvə texnologiyalarına olan hüququnu məhdudlaşdıran istənilən təklifi rədd edəcək.

Öz növbəsində, Malayziya dünya ölkələrini İranla münaqişəni diplomatik yolla həll etməyə çağırıb. "Hər şeyi danışıqlar vasitəsilə, müharibəsiz həll etmək daha yaxşıdır" - deyə İndoneziyanın xarici işlər naziri Səyed Həmid Albar bildirib. Bu barədə "İTAR-TASS" bildirib.

Xəbər lenti

Xəbər lenti