...

İranın Xarici İşlər Nazirliyi: Tehran ABŞ ilə birbaşa danışıqlar aparmağa hazırdır, lakin uranın saflaşdırılmasından imtina etmək firkrində deyil

Dünya xəbərləri Materials 1 İyun 2006 17:37 (UTC +04:00)

Tehran ABŞ ilə nüvə proqramı ilə əlaqədar birbaşa danışıqlar aparmağa hazırdır. Bunu Bi-Bi-Si rajiostansiyasının yaydığı məlumata əsasən, İranın xarici işlər naziri Manuçöhr Möttəki bəyan edib. Eyni zamanda, M.Möttəkinin sözlərinə görə, İran uranın saflaşdırılması üzrə işləri dayandırmaq niyyətində deyil. "Biz xalqımızın təbii hüququndan imtina etməyəcəyik, bu, mübahisə olunmazdır" - deyə nazir vurğülayıb.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, İran XİN-i əvvəllər Avropa Birliyilə şərtsiz olaraq analoji danışıqları bərpa etməyə hazır olduğunu bəyan etmiş, lakin ABŞ ilə belə danışıqların mümkünlüyünü istisna etmişdir. Bir gün əvvəl ABŞ-ın dövlət katibi Kondoliza Rays bildirib ki, Tehran uranın saflaşdırılmasını dayandırdıqda, Vaşinqton "Avropa üçlüyü" (Fransa, Böyük Britaniya və Almaniya) ilə İran arasındakı danışıqlara qoşulmağa hızırdır. ABŞ-ın bu addımı Avropa Birliyi rəhbərliyinin müsbət reaksiyasına səbəb olub, amma bir sıra İran nümayəndələri bildirib ki, Tehran uranın saflaşdırılmasını dayandırmağı məqbul saymır.

Xəbər lenti

Xəbər lenti