Qazaxıstan Parlament Məclisinin və Rusiyanın Dövlət Dumasının Parlamentlərarası parlament komissiyasının (PPK) 6-cı iclasında nüvə törəməsi sahəsində birgə əməkdaşlıq məsələsinin müzakirəsi planlaşdırılır. Bu barədə bu gün PPK-nın iclasında komissiyanın həmsədri, Məclisin deputatı Baqila Baymaqambetova xəbər verib.
B.Baymaqambetova qeyd edib: "Rusiya tərəfinin təklifi belədir ki, biz birləşək və nüvə sahəsi üçün birgə kadr hazırlayaq. Bundan başqa, normativ-hüquqi, elmi-pedaqoji, elmi-metodik informasiya mübadiləsi təkli olunur".
Trend in Qazaxıstan Today-ə əsasən verdiyi xəbərə görə, B.Baymaqambetova deyib: "Rusiya həmkarlarının bütün təklifləri sabah gözdən keçiriləcək. Şübhəsiz, nüvə törəməsi sahəsində kadr hazırlığında əməkdaşlıq bizim üçün vacibdir və biz bu təklifləri müzakirəsiz qəbul edə bilərik".
Bundan başqa, sərhədyanı vilayətlərdəki problemlərlə, transsərhəd çayların ətraf mühitinin mühafizəsi üzrə tədbirlərlə bağlı bir sıra məsələlərin müzakirəsi gözlənilir. PPK-nın 6-cı iclasının yekunlarına görə birgə protokolun imzalanması planlaşdırılır.
Parlamentlərarası parlament komissiyasının yeddinci iclasının 2006-cı ilin oktyabr ayında Moskva şəhərində keçirilməsi nəzərdə tutulur.