...

Ermənistan XİN başçısı NATO Parlament Assambleyasının nümayəndələri ilə ölkə və alyans arasındakı qarşılıqlı əlaqələri müzakirə edib

Dünya xəbərləri Materials 13 İyun 2006 11:43 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan NATO Parlament Assambleyasının nümayəndələri ilə ölkə və alyans arasında qarşılıqlı əlaqələri müzakirə edib.

Trend in "ARKA"-ya istinadən xəbər verdiyi kimi, bu barədə Ermənistan XİN-in Mətbuat və İnformasiya İdarəsindən məlumat verilib.

Tərəflər Ermənistanda Avropaya inteqrasiya prosesləri və regional əməkdaşlıqla bağlı məsələləri də müzakirəyə çıxarıb.

V.Oskanyan Ermənistanın xarici siyasətinin prioritetlərini, ölkənin təhlükəsizlik amillərini, qonşu dövlətlərlə əlaqələrini qeyd edib. Həmçinin, Qarabağ probleminin sülh yolu ilə həlli məsələsinə də toxunulub. NATO Parlament Assambleyası nümayəndə heyətinin tərkibinə gələcəkdə təhlükəsizlik, müdafiə potensialı və demokratik idarəetmə üzrə alt komitələrin, o cümlədən NATO PA beynəlxalq katibliyinin 25 üzvü daxildir.

Xəbər lenti

Xəbər lenti