...

Gürcüstanda işsizliyin səviyyəsi 14,6% təşkil edib

Dünya xəbərləri Materials 13 İyun 2006 12:29 (UTC +04:00)

Gürcüstanda 2006-cı ilin 1-ci rübünün yekunları üzrə iqtisadi fəal əhalinin sayı 1 mln 925,1 min nəfər və ya 60,7% (15 yaşdan yuxarı) təşkil edib. Bu barədə Gürcüstan Statistika Departamentindən məlumat verilib.

Trend in Praym-Nyus-a istinadən xəbər verdiyi kimi, 2005-ci ilin 1-ci rübü ilə müqayisədə ölkədə iqtisadi fəal əhalinin sayı (bura işləməyən və iş axtaran şəxslər də daxildir) 74,3 min nəfər azalıb.

2006-cı ilin 1-ci rübündə 1 mln 643,1 min nəfər işə düzəlib. Onların 36%-i muzdla işləyib, 64%-i isə öz şəxsi təsərrüfatı ilə məşğul olub. Muzdla işləyənlərin 48%-ni qadınlar, 52%-ni isə kişilər təşkil edib.

Beləliklə, Gürcüstanda 2006-cı ilin 1-ci rübünün yekunları üzrə işsizliyin səviyyəsi iqtisadi fəal əhalinin 14,6%-ni təşkil edib.

Gürcüstanda əmək haqqının səviyyəsinə gəlincə, 2005-ci ilin yekunları üzrə orta aylıq əmək haqqı 204 lari təşkil edib.

Xəbər lenti

Xəbər lenti