...

Ermənistan NATO-ya daxil olmağa hazırlaşmır

Dünya xəbərləri Materials 14 İyun 2006 15:29 (UTC +04:00)

Avropaya inteqrasiya prosesi Ermənistanın xarici siyasətinin üstün cəhəti olaraq qalmaqdadır, lakin ölkə hələ NATO-ya daxil olmağa hazırlaşmır. Ermənistan Milli Yığıncağının ictimaiyyətlə əlaqə üzrə idarəsindən verilən xəbərə görə, bu barədə Milli Yığıncağın spikeri Tiqran Torosyan NATO Parlament Assambleyasının nümayəndə heyəti ilə Yerevanda görüşü zamanı bildirib.

"Ermənistan NATO-ya daxil olmaq fikrində olduğunu bildirməyib. Ermənistan qarşılıqlı münasibətlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib və hazırda bu baş verir", - deyə T.Torosyan Portuqaliyanın NATO PA-dakı nümayəndəsi Vitalino Kanasinin sualına cavab verərkən bildirib.

Trend in ARKA-ya istinadən verdiyi xəbərə görə, spiker həmçinin qeyd edib ki, Avropa İttifaqında Şimali Atlantika Alyansına üzv olmayan ölkələr var və bunda heç bir qeyri -adilik yoxdur.

Xəbər lenti

Xəbər lenti