"Sovremennik" teatrının aktyoru Valentin Qaft səhhətinin pisləşməsilə əlaqədar Krasnoyarskda verdiyi qastrolu yarımçıq qoyaraq Moskvaya qayıdıb. Bu barədə "RBK"ya Krasnoyarsk Musiqili Komediya Teatrından bildiriblər.
Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, aktyor iyunun 18-də axşam "gipertonik böhran" diaqnozu ilə Krasnoyarsk xəstəxanasına çatdırılıb. Orada ona tibbi yardım göstərilib, lakin xəstə hospitala yerləşdirilməkdən imtina edib.