Bağdadda keçmiş İraq lideri Səddam Hüseynin qabaqcıl vəkillərindən biri öldürülüb.
Assoşieyted press agentliyiin verdiyi xəbərə görə, Hamis Obeydi polis forması geymiş naməlum şəxslər tərəfindən öz evindən oğurlanıb və sonra öldürülüb.
Bu, ilk belə ölüm hadisəsi deyil.
Trend in "BBC Russia"-ya istinadən verdiyi xəbərə görə, 8 noyabr 2005-ci ildə İraqda Səddamın iki vəkili güllə ilə öldürülmüşdü. Oktyabr ayında onların daha bir həmkarı oğurlanıb. Sonra isə onun cəsədi tapılıb.
Səddam Hüseynin məhkəməsi bazar ertəsi bərpa olunub. İclasda son sözü ittihamçı tərəf deyib. O, Səddama qarşı ölüm hökmünün çıxarılmasını tələb edib.
İttihamçının sözlərinə görə, keçmiş İraq lideri və yeddi nəfər digər təqsirləndirilən şəxs hərbi cinayətlərə görə ən böyük cəzaya məhkum olunmalıdırlar.
İclasda fasilə elan olunub. Hakimlər iyulun 10-a təyin olunmuş müdafiə tərəfinin son çıxışından sonra hökm çıxarmalıdır.
Müttəhimlər 1982-ci ildə İraq liderinə sui-qəsddən sonra şiələrin yaşadığı kəndin 148 sakininin ölümünə görə məsuliyyəti öz üzərlərinə götürmürlər.