Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsinin hazırda müzakirə olunan nizamlanma prinsiplərini Ermənistan üçün məqbul hesab edir.
"Danışıqlar masasındakı prinsiplər Ermənsitan üçün ümumilikdə məqbuldur" - deyə o jurnalistlərə bildirib.
"Biz bu ətraflı, kifayət qədər tarazlaşdırılmış və qarşılıqlı güzəştli prinsiplər əsasında danışıqları davam etdirməyə hazırıq! - deyə V.Oskanyan bildirib. Bu barədə Trend "ARKA"ya istinadən xəbər verib.