...

İyulun 15-dən Gürcüstan ərazisində sovet pasportlarının fəaliyyəti dayandırılır

Dünya xəbərləri Materials 6 İyul 2006 17:37 (UTC +04:00)

İyulun 15-dən Gürcüstan ərazisində sovet pasportlarının fəaliyyəti dayandırılır. Ədliyyə naziri müavini Kote Vardzelaşvilinin mətbuat konfransında bildirdiyinə görə, Sovet İttifaqının mövcud olmamasına baxmayaraq, həmin dövrün pasportlarına malik vətəndaşlar qalmaqdadır və onların sayı əhalinin 5%-ni təşkil edir.

Onun sözlərinə görə, istənilən vətəndaş 2-3 günə pulsuz şəxsiyyət vəsiqəsi ala bilər. O həmçinin deyib ki, təcili lazım olduqda vəsiqə elə həmin gün verilə bilər.

Trend agentliyinin "Kavkaz-press"a istinadən yaydığı məlumata əsasən, layihə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ilə Xalq Bankı tərəfindən həyata keçilir.

Bankın baş direktoru Georgi Qoquadzenin dediklərinə görə, layihəyə bankın 1200-dən çox əməkdaşı cəlb olunub. Onlar yaşlı vətəndaşlara köməklik göstərərək vəsiqələri evlərə çatdırır. İndiyə qədər Gürcüstanda 4 mln yeni şəxsiyyət vəsiqəsi verilib ki, bu da sovet pasportlarının fəaliyyətinin dayandırılmasına əsas verir.

Xəbər lenti

Xəbər lenti