...

S.Lavrov: Rusiya ümid edir ki, BMT Təhlükəsizlik Şurası KXDR-ın raket buraxmasını sakit qiymətləndirəcək

Dünya xəbərləri Materials 6 İyul 2006 19:33 (UTC +04:00)

Rusiya ümid edir ki, BMT Təhlükəsizlik Şurası KXDR-ın raket buraxmasını sakit qiymətləndirəcək. Bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov səsləndirib. "Biz bu məsələyə münasibətdə ölçülüb-biçilmiş addımlar atmağa çağırırıq, çünki bu, çox ciddi məsələdir" - deyə S.Lavrov qeyd edib.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, o qeyd edib ki, Şimali Koreyanın ünvanına təhdidlər etmək cəhdi respublikanın cavab təhdidlərinə əl atması ilə nəticələnə bilər. "Əvvəllər də belə olub. Son nəticədə hamı gərginləşmiş şəraitdə danışıqlar masası arxasına qayıdacaq" - deyə diplomat vurğulayıb. Onun sözlərinə görə, hazırda bundan qaçmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti