...

Tiflisdə GUAM-ın antikorrupsiya konfransı keçirilir

Dünya xəbərləri Materials 7 İyul 2006 15:28 (UTC +04:00)

Tiflisdə GUAM-ın ikigünlük antikorrupsiya konfransı keçirilir.

Konfrans Gürcüstan DİN və Avroatlantik Məsləhət Qrupu tərəfindən təşkil olunub.

Gürcüstan DİN-in informasiya və mətbuat departamentindən Praym-Nyusa verilən məlumata görə, konfransda GUAM ölkələri hüquq mühafizə idarələrinin antikorrupsiya xidmətlərinin vəzifəli şəxsləri, o cümlədən ATƏT və Cənub-Şərqi Avropa Əməkdaşlıq Təşəbbüsü (SECI), ABŞ, Britaniya, Macarıstan, Almaniya və Rumıniya ekspertləri iştirak edir. Konfrans zamanı korrupsiyanın regiona təsiri, hüquq mühafizə orqanlarında korrupsiya ilə mübarizə üzrə Avropa xidmət modellərinin GUAM ölkələrində tətbiqi imkanları, GUAM ölkələrində milli antikorrupsiya xidmətlərinin fəaliyyəti ilə bağlı məsələlər nəzərdən keçirilir.

Konfransda GUAM ölkələrinin antikorrupsiya xidmətləri nümayəndələrinin məruzələrinin dinlənilməsi də planlaşdırılır.

Əsas diqqət hüquq mühafizə idarələrində milli strategiya və fəaliyyət planına yönəldiləcək.

GUAM regional təşkilatı 1997-ci ildə yaradılıb.

Trend in xəbər verdiyi kimi, bu təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Xəbər lenti

Xəbər lenti