...

S.Hüseynin vəkilləri hüquq müdafiəçilərindən birinin qətlinə etiraz olaraq son sözdən imtina edib

Dünya xəbərləri Materials 10 İyul 2006 20:20 (UTC +04:00)

Bu gün Bağdadda keçmiş İraq prezidenti Səddam Hüseynin məhkəmə işi bərpa olunub. Bu gün müdafiə tərəfinin son sözlə çıxış edəcəyi gözlənilirdi, lakin vəkillər qrupunun əsas nümayəndələri prosesi boykot ediblər. 7 müttəhimdən 6-sı, o cümlədən, keçmiş İraq prezidenti məhkəmə zalında olmayıb. Bundan əvvəl isə S.Hüseyn müddətsiz aclıq aksiyası elan etmişdi.

Trend "RBK"ya istinadən xəbər verir ki, müdafiə tərəfinin bu günkü bəyanatında deilir ki, vəkillər bir sıra ədalətli tələblərin yerinə yetirilməsindək prosesdə iştirak etməyəcəklərinə qərar verib. Bu tələblərdən ən başlıcası - müdafiənin təhlükəsizliyini təmin etmək və iyunda prosesdə aparıcı vəkillərdən biri olan Hamis Obeydinin qətli məsələsini araşdırmaqdır.

İraq liderinin ilk məhkəmə prosesi başa çatmaq üzrədir. Şahidlərin dindirilməsi qurtarıb. İttihamçı tərəf S.Hüseynə 148 şiənin qətlinə görə ölüm cəzası tələb edib. Keçmiş prezidentdən başqa, onun 7 yaxın tərəfdarından 2-si üçün də eyni cəza tələb olunub.

2006-cı ilin avqustun 21-də Bağdadda S.Hüseynin ikinci məhkəmə prosesi başlayacaq. Bu dəfə diktator "Anfal" əməliyyatı zamanı 100 min kürdə qarşı soyqırımda günahlandırılır.

Xəbər lenti

Xəbər lenti