...

ABŞ-ın Bişkekdəki səfirliyi iki amerikalı diplomatın Qırğızıstandan sürgün edilməsi faktını rəsmi olaraq təsdiq edib

Dünya xəbərləri Materials 11 İyul 2006 16:57 (UTC +04:00)

ABŞ-ın Qırğızıstandakı səfirliyi iki amerikalı diplomatın Qırğızıstandan sürgün edilməsi faktını rəsmi olaraq təsdiq edib və qeyd edib ki, onlara qarşı irəli sürülmüş ittihamlar həqiqətə uyğun deyil.

"Həmin rəsmi nümayəndələrin onlara yaraşmayan fəaliyyətlə məşğul olmasına dair ittihamlar, sadəcə olaraq, həqiqətə uyğun deyil. Bu cür ittihamlar Qırğızıstan və ABŞ arasındakı münasibətlərə ziyan gətirmək istəyənlərin maraqları dairəsindədir", - deyə səfirliyin mətbuat üçün hazırladığı xüsusi bəyanatında qeyd olunub.

"Amerikalı diplomatları qeyri-hökümət təşkilatlarının liderləri ilə yersiz əlaqə yaratmaqda günahlandırırlar. Bunu səfirliyi qorxutmaq və vətəndaş cəmiyyətini susmağa vadar etmək cəhdi kimi nəzərdən keçirmək olar. ABŞ Qırğızıstan cəmiyyətinin bütün təbəqələri, eyni zamanda rəsmi hökümət nümayəndələri, müxalifət, qeyri-hökümət və icma təşkilatlarının liderləri ilə əlaqə yaratmaqda davam edəcək", - deyə sənəddə qeyd olunub.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, yerli KİV -lər bu gün Qırğızıstan rəhbərliyinin mənbələrinə istinadən bildirib ki, iyulun 12-də Bişkekdə beynəlxalq antiterror koalisiyası aviabazasının ölkə ərazisində qalma şərtləri barədə ABŞ-la ikitərəfli danışıqlar bərpa olunmalı idi. Lakin diplomatların sürgünü ilə bağlı anlaşılmazlığa görə danışıqlar baş tutmaya bilər.

Xəbər lenti

Xəbər lenti