...

Türkmənistanda xarici ticarət üzrə müsbət saldo 5 ay ərzində 1 mlrd 124 mln ABŞ dollarını keçib

Dünya xəbərləri Materials 17 İyul 2006 14:58 (UTC +04:00)

2006-cı ilin ilk 5 ayı ərzində Türkmənistanın xrici ticarət dövriyyəsi 3 mlrd 713,4 mln dollar təşkil edib. Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% artıb. Hesabat dövrü ərzində xarici ticarət üzrə müsbət saldo 1124,2 mln dollara bərabər olub. Bu barədə "Turkmənmillihesabat" Milli Dövlət Statistika və İnformasiya İnstitutu öz hesabatında bildirib.

Trend in xəbər verdiyi kimi, institutun məlumatına görə, 2006-cı ilin yanvar-may aylarında Türkmənistanda ixrac 2 mlrd 418,8 mln dollar təşkil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 14,1% çoxdur. 2006-cı ilin hesabat dövrü ərzində Türkmənistan dünyanın 45 ölkəsinə mal ixrac edib.

2006-cı ilin yanvar-may ayları ərzində Türkmənistanda idxal 1 mlrd 294,6 mln dollar olub ki, bu da 2005-ci ilin həmin dövrü ilə müqayisədə 9,2% azdır. Dünyanın 77 ölkəsi Türkmənistanın idxal üzrə ticarət tərəfdaşları olub.

Xəbər lenti

Xəbər lenti