...

Rusiya ilə dostluq Gürcüstanın həyat əhəmiyyətli maraqları dairəsindədir

Dünya xəbərləri Materials 17 İyul 2006 15:02 (UTC +04:00)

Rusiya ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində olmaq Gürcüstanın həyat əhəmiyyətli maraqları dairəsindədir. Bu barədə dünən axşam Gürcüstan prezidenti Mixail Saakaşvili brifinq zamanı bəyan edib. O, öz çıxışını Gürcüstanın bir sıra mühüm problem və məsələlərinə həsr edib. Bu məsələ və problemlər Sankt-Peterburqda keçiriləcək G8 sammitində artıq müzakirəyə qoyulub və müzakirə ediləcək.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, Saakaşvili vurğulayıb ki, əsas məsələlərdən biri "Rusiya tərəfdaşları ilə normal münasibətlərin formalaşdırılmasıdır". Eyni zamanda Saakaşvili xatırladıb ki, "bir neçə gün bundan əvvəl Gürcüstan diplomatiyası belə bir mövqe bildirib ki, onlarda Rusiyanın ÜTT-yə daxil olması ilə əlaqədar aydınlaşdırılacaq məsələlər var". "Rusiya üçün bu təşkilata daxil olmaq çox vacibdir və hamı bilir ki, Gürcüstanın bu məsələdəki mövqeyi çox şeyi həll edir. Və Gürcüstanın çox prinsipial mövqeyi olacaq - biz kiçik ölkəyik, lakin kiçik ölkə ilə də böyük dövlətlə davranıldığı kimi, ədalətli davranmaq lazımdır. Ədalətli maraqlarımızın qorunmasını və əvvəllər əldə etdiyimiz razılaşmaların icrasını tələb etmək üçün bizdə də ləyaqət, mənlik və namus var", - deyə prezident bildirib.

"Biz Rusiyanın ən tez zamanda ÜTT-yə daxil olmasını həqiqətən də istəyirik və bu, bizim maraqlarımız dairəsindədir. Biz istəyirik ki, bu planda bütün hazırki məsələlər nizama salınsın. Biz Rusiyanın beynəlxalq birliyə inteqrasiyasının hamımız üçün nə qədər mühüm olduğunu başa düşürük. Və biz bu işdə tərəfdaşlarımız və Rusiya ilə əməkdaşlığa hazırıq. Lakin biz bütün qadağan olunmuş yollardan istifadə edərək, Gürcüstan iqtisadiyyatına zərər vermə cəhdlərinin həyata keçirilməsinə göz yummaq niyyətində deyilik", - deyə prezident bildirib. "Biz bu məsələlərin Rusiya ilə tərəfdaşlıq şəraitində aydınlaşdırılmasını istəyirik. Lakin bu məsələlər aydınlaşdırılmayanadək, Gürcüstan öz mövqeyini dəyişə bilməz, çünki bu mövqe dövlətlərarası münasibətlərdə normal elementar prinsiplərin təsdiqlənməsinə əsaslanır", - deyə o qeyd edib.

Eyni zamanda Saakaşvili bildirib ki, "yaradılan çətinliklərə baxmayaraq, gürcü iqtisadiyyatı yalnız möhkəmlənəcək və daha da inkiqaf edəcək". "Biz süni olaraq yaradılmış çətinliklərin öhdəsindən gələcəyik və artıq onların bir hissəsini aradan qaldırmışıq", - deyə prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti