...

Rumıniyanın baş naziri qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 İyul 2006 15:53 (UTC +04:00)

Rumıniyanın baş naziri Kalin Popesku Tariçanu Buxarestdə yol-nəqliyyat qəzasına uğrayıb. K.P.Tariçanu özünün Harley Davidson motosiklində gedərkən döngədə idarəni itirib və qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində baş nazir yüngül xəsarət alıb və hospitala yerləşdirilib.

Hökumətin mətbuat katibi Oana Marineskunun sözlərinə görə, K.P.Tariçanu özünü yaxşı hiss edir və zədələri təkcə bir neçə sıyrıntıdan ibarətdir. Bu barədə (S) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti