...

7 ay ərzində Türkiyənin ixracı 79 mlrd dollar təşkil edib

Dünya xəbərləri Materials 31 İyul 2006 20:37 (UTC +04:00)

7 ay ərzində Türkiyə 79 mlrd dollar həcmində mal ixrac edib. Dövlət naziri Kürşad Tüzmenin sözlərinə görə, bu məbləğ 2006-cı ilin büdcə layihəsində bütün il üçün nəzərdə tutulub.

Trend in Ankaradakı xüsusi müxbiri deyib ki, ixracatın indiki artım sürətilə ilə ilin sonuna qədər bu rəqəm 82-84 mlrd dollar təşkil edə bilər.

6 ay ərzində Türkiyə 10 dünya ölkəsinə 1 mlrd dollar həcmində mal ixrac edib. Almaniyaya ixrac olunan malların həcmi 4,6 mlrd dollar, İtaliyaya - 3,4 mlrd dollar, Böyük Britaniyaya - 3,1 mlrd dollar, ABŞ-a - 2,4 mlrd dollar, Fransaya - 2,3 mlrd dollar, İspaniyaya - 1,8 mlrd dollar, Hollandiyaya - 1,1 mlrd dollar, Rumıniyaya - 1 mlrd dollar, İraqa - 1,3 mlrd dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti