...

Viktor Yanukoviç hesab edir ki, Ukrayna hökuməti günün sonunadək formalaşacaq

Dünya xəbərləri Materials 4 Avqust 2006 17:30 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko tərəfindən namizədliyi baş nazir vəzifəsinə irəli sürülmüş Regionlar partiyasının lideri Viktor Yanukoviç hesab edir ki, Ali Rada yeni Nazirlər Kabinetini günün sonunadək formalaşdıracaq.

Trend in İTAR-TASS agentliyinə istinadən xəbər verdiyi kimi, o, jurnalistlərlə söhbətində namizədliyi üzrə səsvermə ilə bağlı verdiyi proqnozu təsdiqləyib: "Səsvermənin nəticələri müsbət olacaq".

"Naşa Ukrayna" fraksiyası ilə Yanukoviçin namizədliyinə səsvermə üzrə razılığın əldə olunması məsələsinə gəlincə, o deyib: "Biz hər şeylə bağlı artıq çoxdandır ki, razılığa gəlmişik".

Xəbər lenti

Xəbər lenti